İştirakçılar  

Karl Lennart Koskinen

Lennart Koskinen məşhur İsveç yazıçısı və 2003-cü ildən İsveç Kilsəsinin yepiskopudur. O 17 kitab yazmış və həm İsveçdə, həm Finlandiyada etika, fəlsəfə və din mövzuları ilə bağlı radio və tele verilişlər  aparmışdır.
Həmçinin, o bir çox müsəlmanın yaşadığı Stokholmdan kənarda müsəlman məscidi və xristian kilsəsinin tikintisi üçün nəzərdə tutulmuş layihə -  Tanrının Evi Dəstək Fondunun sədridir.
Doktor Koskinen səkkiz müxtəlif din nümayəndələrindən ibarət “Ümumdünya dini liderləri” təşkilatının Eliya palatasının üzvüdür.